Korporativ e-mail şirkətlərin və təşkilatların öz domenləri üzərindən rəsmi və peşəkar ünsiyyət aparmaq üçün istifadə etdikləri e-poçt ünvanıdır (məsələn, [email protected]). Bu, həm brendin etibarını artırır, həm də iş axınını sistemli aparmağa kömək edir.
Korporativ e-mail nədir və niyə vacibdir?
Korporativ e-mail fərdi e-poçtdan (gmail, yahoo və s.) fərqli olaraq, şirkət domeninə bağlı olan e-poçt ünvanıdır. Misal üçün:
- Şəxsi mail: [email protected]
- Korporativ mail: [email protected]
Korporativ e-mail-in üstünlükləri
- Peşəkar görünüş və etibar qazanmaq
- Komanda daxilində düzgün e-poçt idarəsi
- Brend tanınmasını artırmaq
- Spam filtrlərindən daha yaxşı keçmək
Addım-addım korporativ mail necə açılır?
Domen (domain) alınması
Əvvəlcə şirkət adınıza uyğun domen adı almalısınız. Məsələn:
- sirketmeili.az
- companyname.com
Haradan domen almaq olar?
- Online.az
- Namecheap
- GoDaddy
Hosting və ya e-mail xidməti seçimi
Domen aldıqdan sonra e-mail xidmətindən istifadə etmək üçün iki yolunuz var:
Variant A: Hosting paketinə daxil olan e-mail
Əgər sayt üçün hosting almısınızsa, əksər hallarda email yaratmaq funksiyası da daxildir.
Variant B: KorporativMail.com, Google Workspace və ya Microsoft 365 kimi pullu xidmətlər
Bunlar daha təhlükəsiz və güclü funksiyalarla təchiz olunmuş korporativ e-mail xidmətləridir.
E-mail ünvanlarının yaradılması
Hostinq və ya xidmətə daxil olduqdan sonra idarə panelinə keçərək e-mail adreslərini yarada bilərsiniz:
- [email protected]
- sales@sirketimi.tld
- support@sirketim.tld
Mail proqramları ilə qoşulmaq
Yaradılmış mail ünvanlarını aşağıdakı proqramlarla istifadə edə bilərsiniz:
- Outlook
- Thunderbird
- The Bat
Qoşulmaq üçün lazım olan parametrlər:
- IMAP server: imap.sirketadi.az
- SMTP server: smtp.sirketadi.az
- Port: 993 (IMAP), 465 və ya 587 (SMTP)
Ən çox verilən suallar (FAQ)
Korporativ mail pulsuzdurmu?
Əgər domen və hostinginiz varsa, bəli – bəzi hallarda əlavə ödənişsiz istifadə etmək mümkündür. Lakin Google Workspace və Microsoft 365 xidmətləri aylıq ödənişlidir.
Gmail-də korporativ mail istifadə etmək mümkündürmü?
Bəli, Gmail üzərindən korporativ maili konfiqurasiya edərək istifadə edə bilərsiniz.
Birdən çox istifadəçi üçün e-mail necə açılır?
Əgər şirkətinizdə bir neçə əməkdaş varsa, hər biri üçün ayrıca hesab yaratmaq və ya alias (eyni maili bir neçə şəxsə yönləndirmək) funksiyasından istifadə etmək olar.